Вернуться назад Распечатать

Həbsdən yeni çıxan Adəm Məmmədov direktor oldu

Tanınmış hüquqşünas Adəm Məmmədov yeni mərkəz təsis edib.

1xeber.media "Yeni sabah"-a istinadla xəbər verir ki, o bundan sonra fəaliyyətini "Legatus Hüquq Mərkəzi"nin direktoru olaraq davam etdirəcək.

Adəm Məmmədov uzun müddət vəkil kimi fəaliyyət göstərib. Vəkillik fəaliyyəti dövründə 40-dan artıq bəraət qərarına nail olduğu bildirilir.  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Cinayət hüququ və kriminologiya kafedrasında müəllim olub.