Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin əbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.
Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.