Вернуться назад Распечатать

Putinin Əliyevə yanaşmasında mühüm detal - Naumov

Rusiya və Azərbaycana gəldikdə, bütövlükdə, əlamətlər hələ də nikbindir – görünür, Putin və Əliyev arasında keçirilən görüşdən sonra kompromis əldə olunub.

1xeber.media  xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov Düşənbədə ötən gün İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüşlə bağlı məqaləsində qeyd edib.

“Putin çıxışına təyyarə insidentindən başladı, bu, prezidentin pisləşən münasibətlərin kökündə AZAL reysinin dayandığını etiraf etməsidir. Nəticədə,

Rusiya lideri:

1. Təyyarə qəzasından qısa müddət sonra etdiyi üzrhaqlığı və başsağlığını təkrarladı (Orijinalı: “Российский лидер: Повторил извинения и соболезнования, принесенные вскоре после авиакатастрофы” - red.);

2. O, həm Ukrayna PUA-larının mülki hava limanına hücumunu, həm də təyyarənin raket parçaları ilə vurulmasına səbəb olan hava hücumundan müdafiə sisteminin texniki nasazlığını vurğulayaraq, insidentin texniki halları barədə ətraflı danışdı;

3. Mahaçqalaya təklif olunan enişdən, ekipajın əvvəlcə Bakıya qayıtmaq, sonra isə Qazaxıstana uçmaq qərarı haqda bir daha vurğuladı;

4. Həm iqtisadi əlaqələrin, həm də ümumilikdə müttəfiqliyin əhəmiyyətini ayrıca qeyd etdi.

Ümid edirəm ki, bu əməkdaşlıq sadəcə olaraq bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış sazişi xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

Azərbaycan prezidenti:

1. Hörmətlə, Putini doğum günü münasibətilə bir daha təbrik etdi və on, o cümlədən “dost Rusiya xalqı”na olan xoş arzularını çatdırdı;

2. AZAL təyyarəsi ilə bağlı vəziyyətin araşdırılmasında Rusiya liderinin şəxsən iştirakına görə minnətdarlığını bildirdi;

3. Əliyev xüsusi qeyd etdi ki, münasibətlərin bütün spektri üzrə heç bir yavaşlama və ya geriləmə baş verməyib;

4. O, iki ölkənin cəmiyyətinin onlara göndərilən mesajları müsbət qarşılayacağına ümid etdiyini bildirdi.

Bütövlükdə demək olar ki, Rusiya prezidenti azərbaycanlı həmkarına hədsiz hörmətlə yanaşdı, vurulan təyyarə ilə bağlı vəziyyətin həm şəxsən özü, həm də bütün Azərbaycan üçün vacibliyini etiraf etdi. Əminəm ki, Putin Bakı və Əliyevlə münasibətləri vacib saymasaydı, bunu etməzdi.

Münasibətlərin istiləşməsinin nə qədər ardıcıl olduğunu anlamaq üçün nələrə nəzarət etməliyik:

1. Bakıda həbsdə olan rusiyalı jurnalistlərin taleyinə;

2. AZAL-ın təyyarə qəzasının təhqiqatının yekun nəticələrinə (dekabrda gözlənilir);

3. Hər iki ölkədə media əhval-ruhiyyəsinə: indiyə qədər nisbətən sakitdir, qarşılıqlı ittihamlar dalğası yoxdur”, - o bildirib.