Вернуться назад Распечатать

Finlandiya XİN başçısı Azərbaycana gəlir

Finlandiyanın xarici işlər naziri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycana səfər edəcək.

1xeber.media  xəbər verir ki, E.Valtonen oktyabrın 13-15-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bu, onun ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqaza ilk səfəridir.