Вернуться назад Распечатать

Putin yenə Azərbaycandan danışdı

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Oyunlarının təşkilini yüksək qiymətləndirib və bu tədbirin bütün üzv dövlətlərin diqqətinə və dəstəyinə layiq olduğunu bildirib.

1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin MDB Dövlət Başçıları Şurasının dar tərkibli iclasında çıxışı zamanı humanitar əməkdaşlığın vacibliyini vurğulayıb və idman yarışlarının bu sahədə xüsusi rol oynadığını qeyd edib:

“MDB Oyunları az əvvəl Azərbaycanda keçirildi. Bu, çox böyük işdir və əlbəttə, ölkələrimizin diqqətinə və dəstəyinə layiqdir”.

Rusiya lideri həmçinin vurğulayıb ki, yarışlarda Rusiyanı böyük heyət təmsil edib.