Вернуться назад Распечатать

MDB-nin növbəti sammiti bu ölkədə olacaq

Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək. 

1xeber.media xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev sammitin genişləndirilmiş iclasında açıqlayıb. 

Bu qərar əsas təşkilati məsələlərin müzakirə olunduğu iclasın qapalı hissəsində qəbul edilib: "Nümayəndə heyətlərinin başçıları qərara gəliblər ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək, həmsədrlik Tacikistan Respublikası və Özbəkistan Respublikasında olacaq", - Lebedev iclasda deyib. 

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin sammit Düşənbədə keçirilir.