Вернуться назад Распечатать

Tramp Nobel Komitəsindən inciməyib

Tramp Nobel Komitəsindən inciməyib.

Chun: Nobel Komitəsinin qərarına baxmayaraq, Tramp həyatını xilas etməyə davam edəcək.

1xeber.media xəbər verir ki,ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatı Komitəsinin mükafatı onun əvəzinə müxalifətçi keçmiş Venesuela parlamentinin üzvü Mariya Korina Maçadoya vermək qərarına rəğmən, bütün dünyada münaqişələrə son qoymaq üçün mübarizəni davam etdirəcək. Bu barədə ABŞ prezidentinin mətbuat katibi Stiven Çun sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Prezident Tramp bütün dünyada sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək”, - prezident administrasiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, mükafatın Maçadoya verilməsi sübut edir ki, Nobel Komitəsi üçün “siyasət sülhdən daha vacibdir”.

Bundan əvvəl “The New York Post” qəzeti Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını qazanmaq şansının daha çox olacağını yazmışdı