Вернуться назад Распечатать

Azərbaycan millisi Ermənistanı məğlub etdi

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Ermənistan millisi ilə qarşılaşıb.

1xeber.media xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5:1.5 hesabı ilə qalib gəlib.

VI turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da VI turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurub. 3:1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.

Qeyd edək ki, sabah Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.