Вернуться назад Распечатать

Dünya heyrət içində: Putin bunu Tbilisiyə etdi, Bakıya yox

Ötən gün Düşənbədə Rusiya  Prezidenti Vladimir Putinin Azərbaycan  Prezidenti İlham Əliyevlə görüşü dünya mediasında böyük maraqla qarşılandı. Xüsusilə Kreml rəhbərinin Bakıya qarşı kifayət qədər xoş ritorikası, AZAL-ın təyyarə  qəzası mövzusundakı müsbət addımları diqqət çəkdi.

Beynəlxalq analitiklər Putinin Azərbaycana yanaşmasını qonşu Gürcüstanla müqayisə edərək təəccüblərini dilə gətirirlər. Moskva  və Tbilisi arasında yaranan gərginliyin 2008-ci ildə müharibə ilə nəticələnməsinə baxmayaraq, Bakıya münasibət fərqli oldu. Rusiya  səhvini etiraf etdi və Azərbaycanın şərtlərinin icra ediləcəyini açıqladı.

Putinin bu addımın səbəbi nədir?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a  danışan politoloq Elman Telmanoğlu deyib ki,Moskva  2008-ci ildə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sərt addımlarına cavab olaraq hərbi müdaxiləyə əl atmışdı:

“Amma 2024-cü ilin dekabrından sonra Azərbaycanla münasibətlərdə Rusiya  fərqli davranış göstərdi. Rəsmi Bakı gün regionda çoxvektorlu siyasət yürüdür: həm Rusiya, həm Qərb, həm də Türkiyə  ilə əməkdaşlıq edir. Moskva üçün bu tarazlığı pozmaq strateji səhv olardı.

Enerji və Avropa faktoruna gəldikdə isə, Avropa İttifaqı Azərbaycan qazına artan dərəcədə ehtiyac duyur. Rusiya ilə qarşıdurma bu enerji əlaqələrini riskə ata bilərdi.

Ən əsas amillərdən biri də Türkiyədir. Bu ölkə ilə imzalanan Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyini gücləndirib. Moskva  yaxşı anlayır ki, Bakıya qarşı hərbi addım Ankara ilə toqquşma demək olardı”.

Politoloq bildirib ki, Ukrayna  cəbhəsində resursları tükənən Rusiya üçün yeni münaqişə həm hərbi, həm də iqtisadi baxımdan risklidir:

“Qarşılıqlı maraqlar — Azərbaycanla Rusiya  arasında iqtisadi və nəqliyyat əlaqələri, həmçinin regional təhlükəsizlik məsələləri — qarşılıqlı asılılıq yaradır.

Ümumilikdə Kreml üçün Azərbaycanla qarşıdurma nə strateji, nə siyasi, nə də iqtisadi baxımdan sərfəlidir. bu dəfə gücdən yox, balans və diplomatiyadan istifadə yolunu seçdi”.