Вернуться назад Распечатать

Mustafa Abbasbəyli yeni vəzifəsini də itirir

Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad olunacaq. 

1xeber.media xəbər veir ki,bu barədə Gununsesi.info-ya adıçəkilən nazirlikdəki mənbə deyib.

Məlumata görə, onunla bağlı nazir Adil Kərimovun qərarı bugünlərdə elan olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında bu posta təyinat almışdı.

Onun hansı səbəbdən nazirlikdən uzaqlaşdırılmasına gəlincə, bu barədə əlavə məlumat verilmir.