Вернуться назад Распечатать

SON DƏQİQƏ: General Əliyev vəfat etdi

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general bu gün səhər qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.