Вернуться назад Распечатать

Soyuqlar qabağı Yasamalda istilik problemi

Hələ soyuqlar başlamayıb amma ötən ildən qalan problemlər artıq sakinləri dilə gətirib.

1xeber.media məlumat verir ki,Xezerxeber.az-ın xəbərinə görə, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən üç beşmərtəbə binanın sakinləri  deyir ki, biz bu il soyuqda qalmaq istəmirik. Xahiş edirik, mövcud problemə çarə tapılsın:
Binanın borcu olduqca çoxdur, lakin sakinlərin iddialarına görə bu borc onlara səbəbsiz yazılır.
Məsələ ilə bağlı Azəristilik ASC yə sorğu ünvanladıq, qurumdan bildirdilər ki, problemin həlli qarşılıqlı formada olmalıdır.
Qurumdan o da bildirildi ki, eyni zamanda daha çox sakinin ödəniş haqda müraciət etməsi əsas şərtdir ki, bu il həmin binaları istiliklə təmin etmək mümkün olsun.