Вернуться назад Распечатать

Kim Çen İn Medvedyevlə görüşdü

Şimali Koreya lideri Kim Çen İn Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevlə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, Kim Çen Pxenyanda KXDR Əmək Partiyasının 80 illiyi münasibətilə keçirilən paradda iştirak etmək üçün ölkəyə gələn Dmitri Medvedyevlə danışıqlar aparıb.

“Bu səfər Koreya–Rusiya münasibətlərinin yeni səviyyəyə yüksəlməsi, onların hərtərəfli strateji tərəfdaşlıq və ittifaq səviyyəsində inkişafı üçün mühüm məqam olacaq”, – Şimali Koreya lideri vurğulayıb.