Vaxtilə dahi bəstəkar Qara Qarayevin yaşadığı mənzil satışa çıxıb.
1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, mənzilin qiyməti barədə məlumat almaq üçün alqı-satqı işini həyata keçirən vasitəçi ilə əlaqə saxlanılıb.
O, mənzilin mülkiyyətçisi tərəfindən 750 000 manata satıldığını söyləyib.
Mənzil metronun "İçərişəhər" stansiyası yaxınlığında, arxitektur binada yerləşir.
Vasitəçi mənzildə vaxtilə dahi bəstəkarın yaşadığını qeyd edib.