Вернуться назад Распечатать

Karapetyanın hərəkatına minlərlə insan qoşulub

Son altı həftədə Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyanın yaratdığı “Bizim yol” hərəkatına 5 min insan qoşulub.

1xeber.media xəbər verir ki,bu barədə RİA Novosti hərəkat koordinatoru Narek Karapetyana istinadən məlumat yayıb.

Narekin sözlərinə görə, onların artıq yerində bir komandası və konkret nəticələri var. Hər gün yüzlərlə insan ona müraciət edərək kömək təklif edir. Könüllülərin artımı eyni sürətlə davam edərsə, bir neçə ay ərzində hərəkatın üzvlərinin sayı on minlərlə nəfərə çatacaq.

Bundan əvvəl Ermənistan Apellyasiya Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyanın həbsini qanunsuz hesab edib. İyulun 8-də hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamına məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin baş ofisində axtarışlar aparıblar.