Вернуться назад Распечатать

Suraxanıda yaşayış binasında yanğın

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

1xeber.media FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.