Вернуться назад Распечатать

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı jurnalistin İsveçdən qovulmasına cavab verəcəyini vəd edib

Rusiya VGTRK jurnalistinin İsveçdən qovulmasına cavab verəcək.

1xeber.media xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram-da məlumat verib.

Diplomat bildirib ki, rusiyalı jurnalistin Fransaya beş illik çoxdəfəlik giriş vizası onun tibbi sığortası ilə bağlı problemlərə görə ləğv edilib. Zaxarovanın sözlərinə görə, sənəd Stokholmun İsveçdə fəaliyyətini qadağan etdiyi sığorta şirkəti tərəfindən verilib."Üstəlik, Fransa vizası həmin vaxt eyni tibbi sığorta ilə verilib. (...) Rusiya müxbirinin bütün lazımi sənədlərinə malik olmasına baxmayaraq, o, saxlanılıb, dindirilib və sonda deportasiya edilib. Cavab tədbirləri olacaqmı? Ümid edirəm ki, şübhəniz yoxdur", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü yekunlaşdırıb.