Вернуться назад Распечатать

Julin ukraynalıların əsas səhvini açıqlayıb

Rusiyalı fiqurlu konkisürmə üzrə məşqçi Aleksandr Julin 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı Ukraynanın Rusiya ilə atəşkəs rejimini dəstəkləməsinə münasibət bildirib.

1xeber.media xəbər verir ki,onun sözlərini Sport24 sitat gətirib.Julin ümid etdiyini bildirib ki, Ukrayna tərəfi ruslarla barışa biləcək. "Onlar bütün həyatları boyu ruslarla dost olublar, indi isə dayanmaq qərarına gəliblər. Bu, onların ən böyük səhvi idi. Biz razılığa gəlməli və barışmalıyıq. Əminəm ki, hər şey əvvəlki vəziyyətinə qayıdacaq, amma tezliklə yox", - Julin bildirib.