Вернуться назад Распечатать

Ukrayna Rusiya ordusunun enerji obyektlərinə zərbə endirmək üçün yeni taktikasını açıqlayıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə hücum taktikasını dəyişib.

1xeber.media xəbər verir ki,UNİAN-ın məlumatına görə, bu barədə Ukraynanın energetika nazirinin birinci müavini Artem Nekrasov bildirib."Rusiya ordusu öz taktikasını dəyişir.

 İki-üç il əvvəl onlar iri elektrik ötürücü qurğuları hədəfə alaraq demək olar ki, eyni vaxtda onlara zərbələr endiriblərsə, indi regionlar üzrə işləyirlər", - Nekrasov izah edib.Rəsmi həmçinin Ukrayna sakinlərini enerji istehlak edən elektrik cihazlarından istifadəni məhdudlaşdırmağa çağırıb.

Oktyabrın 10-na keçən gecə Rusiya ordusu bütün Ukrayna ərazisində kütləvi hücuma keçdi. Kiyev bölgəsi və Kiyevin özü də daxil olmaqla, bir neçə bölgə enerji infrastrukturunu hədəf alaraq vuruldu.