Вернуться назад Распечатать

“Elit" apteklər şəbəkəsində özbaşınalıq iddiası

Azərbaycanda nağdsız ödənişlərə təşviq və dövlət nəzarətində yüksək cərimələrdən sonra kartla ödənişə kütləvi keçiddən sonra bəzi mağaza və apteklər ödənişi nağd almaq üçün planlar düşünür, yeni qaydalar tətbiq edir

1xeber.media xəbər verir ki, jurnalist, redaktor Səid Qərib məhz Elit Apteklər şəbəkəsində başına gətirilən hadisədən yazıb.
“Bu aptek özündən yeni qaydalar çıxarıb. Əgər aldığım dərmanların ödənişini kartla edirəmsə, daxili endirim tətbiq olunmur. Endirim yalnız nağd ödəyənlər üçündür. Məcbur olub, bankomatdan pul çıxarıb, ödəmişik ki, onsuz da od qiymətinə olan dərmanlarda güzəşt olsun”.
Bu şikayətə şərhçilər də eyni halla rastlaşdıqlarını bildiriblər.
“Elit aptekin guya sözdə depo olduğu deyilsə də endirim yoxdur. Depo qiymətinə istəyirsənsə, nağd ödə”.
Digər şikayətçi isə 7 ay əvvəl 670 manatlıq dərmana nağd ödəniş etdiyini bildirib.
“Qarayev metrosunun üstündəki Elit aptekdən nağd aldım. Guya dedilər ki, nağd ödənişdə ƏDV də yüksək qayıdır. Amma baş açmadım”.“Medicina”