Вернуться назад Распечатать

Gəncədə partlayış zamanı xəsarət alan şəxs vəfat etdi


Gəncədə evdə partlayış zamanı xəsarət alan Elnur Qurbanov Bakı şəhərindəki xəstəxanalardan birində vəfat edib.

1xeber.media “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, o, səhər saatlarında xəstəxanada keçinib.

Onun nəşi bu gün Gəncə şəhərinə gətiriləcək.

Xatırladaq ki, hadisə 9 oktyabr tarixində Gəncə şəhəri Dədə Qorqud küçəsində, Zərinə Ağayevaya məxsus evdə baş vermişdi. 36 yaşlı E.Qurbanov həmin evdə usta kimi çalışırdı.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.