Вернуться назад Распечатать

Azərbaycan Qəzza ilə bağlı “Sülh Sammiti”nə dəvət edildi

Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

Bildirilib ki, “Sülh Sammiti” oktyabrın 13-də baş tutacaq və toplantıya Misir və ABŞ prezidentləri sədrlik edəcək.

Qeyd olunur ki, sammitə 20 ölkənin lideri dəvət olunub.

Məlumata görə, zirvə görüşündə Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.

APA-nın məlumatına görə, ABŞ tərəfinin zirvə görüşünə Azərbaycanı da dəvət etdiyi bildirilir.

Zirvə görüşündə İsrailin baş naziri Benyamin Netanyahunun iştirakı gözlənilmir.