1xeber.media xəbər verir ki,Times of India (TOI) qəzetinin məlumatına görə, qadın jurnalistlərə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqinin Yeni Dehlidə keçirdiyi mətbuat konfransına giriş qadağan edilib.
Vəziyyətlə tanış olan mənbələrə görə, tədbiri kimin işıqlandıracağı ilə bağlı qərarı Müttəqi müşayiət edən Taliban nümayəndələri verib.
Hindistan tərəfi akkreditə olunmuş jurnalistlər arasında qadınların da yer almasını təklif edib, lakin bu tövsiyə qəbul edilməyib.Hindistanın keçmiş daxili işlər naziri Palaniappan Chidambaram hadisədən şoka düşdüyünü etiraf edib. “Mənim şəxsi fikrimcə, kişi jurnalistlər qadın həmkarlarının dəvət olunmadığını görəndə getməli idilər”, o sosial şəbəkədə yazıb.