Вернуться назад Распечатать

Azərbaycan filmi İtaliyada qalib oldu

İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı - FİCTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi “Documentary – İndividual Sport” kateqoriyasının qalibi olub.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.