Вернуться назад Распечатать

Kreml Ukraynada sülhün bərqərar olması üçün “yol göstərən ulduzu” üzə çıxarıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada əldə etdiyi razılaşmalar Ukraynada sülhün əldə olunması üçün “yol göstərən işıq”dır.

1xeber.media xəbər verir ki,bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə müsahibəsində deyib."Ukrayna münaqişəsinin həllinə gəlincə, iki prezidentin Ankoricdə əldə etdiyi razılaşma əsas istiqamətdir", - Uşakov bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti onların həyata keçirilməsinə qarşıdır. "Bu razılaşmaları irəlilətmək üçün mübarizə aparmaq lazımdır, insanları inandırmaq lazımdır. Hələ ki, hamı əmin deyil. Amma aydındır ki, bu, potensial tənzimləmə üçün əsasdır", - prezidentin köməkçisi vurğulayıb.Uşakov daha əvvəl bildirmişdi ki, Rusiya ilə ABŞ arasında təmaslar qapalı kanallar vasitəsilə davam edir və tərəflər daimi əlaqədədir. “Davam edirlər, biz daimi ünsiyyətdəyik” dedi.