Вернуться назад Распечатать

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdəki çətinliklərə baxmayaraq, təmaslar tam kəsilməmişdi, o cümlədən administrasiya, köməkçilər vasitəsilə davam edirdi.

1xeber.media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlaqələr, əslində, heç vaxt kəsilmirdi. Ədalət naminə demək lazımdır ki, ikitərəfli münasibətlərimizin tarixində ən yaxşı vaxt olmasa da, ticarət-iqtisadi əməkdaşlığımızın həcmi artmaqda davam edirdi”, - Peskov bildirib.

Qeyd edək ki, 9 oktyabrda Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putin Düşənbədə görüş keçiriblər.