Вернуться назад Распечатать

“Həmin mühafizəçi sonradan başqa bir işə görə həbs olundu”

Xalq artisti Ağadadaş Ağayev ilk dəfə ötən il “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla yaşadığı insident barədə danışıb.

1xeber.media  xəbər verir ki, sənətçi Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında həmin hadisəyə münasibət bildirərək, baş verənlərə görə peşman olmadığını deyib:

“Cəzalı duruma düşdüm, amma bəzi şeylərin açıqlamasını verməyəcəyəm. Əgər orada evdən çıxmasaydım, gərək tuman geyinib gəzərdim. Dörd dəfə qapıma gəlib qapını dağıdırdı ki, çıx bayıra. Bu, qəsdən idi. Kişi kimi doğulmuşam, kişi kimi də yaşamışam. Çıxıb əlbəyaxa olmalı idim. Şortikdə olduğumu da bilməmişəm. O, məni qıcıqlandırmaq üçün gəldi. Peşmanam, çünki efirdə ağsaqqallardan üzr istədim. Amma yenə belə hal olsa, peşman olmaram, yenə edərəm. Mərhəmət hissi ilə onu bağışladım, yoxsa 3-5 il yatacaqdım. Sonradan da gedib başqa bir iş tutdu və həbs olundu”.

Xatırladaq ki, 2024-cü ildə “Medera Hospital”da Ağadadaş Ağayev və mühafizəçi Nurəddin Cəlilov arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək məhkəmə qarşısına çıxarılmış, istintaq dövründə barışdıqları üçün şərti cəza almışdılar.