Вернуться назад Распечатать

Ukrayna pilotsuz uçan aparatları səbəbindən Rusiyanın bir bölgəsində magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) aktivliyinin artması ilə əlaqədar Kursk vilayətinin Rılsk-Lqov avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 1xeber.media xəbər verir ki,bu barədə Rusiya regionunun rəhbəri Aleksandr Xinşteyn özünün Teleqram kanalında məlumat verib.Onun sözlərinə görə, yolun Rılsk şəhərindən İvanovskoye kəndinə qədər olan hissəsi dünən gecədən düşmənin pilotsuz uçan aparatları tərəfindən hədəfə alınıb. İHA-lar magistral yolda hərəkət edən bütün maşınlara hücum etməyə cəhd ediblər.

Xinşteyn bildirib ki, əməliyyat qrupu təhlükəsizlik məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və Stepanovka kəndindən şosseyə girişi müvəqqəti qadağan etmək qərarına gəlib."Bu tədbir müvəqqətidir, lakin xalqımızın həyatını xilas etmək lazımdır. Çox diqqətli olun!" Kursk vilayətinin qubernatoru çağırış etdi.

Bundan əvvəl Xinşteyn bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Ukrayna ilə sərhəd zonasında mülki avtomobilə hücumu nəticəsində Kursk vilayətinin iki sakini yaralanıb. Qurbanlardan biri, 70 yaşlı qadının əli kəsilib.