İranın Ali lideri Əli Xameneinin müşaviri Əli Şamxani helikopter qəzasında həlak olmuş keçmiş prezident İbrahim Rəisinin ölümü ilə bağlı suallara cavab verib. Bu barədə "Azad İran" "Telegram" kanalı yazıb.
Şamxani bildirib ki, Baş Qərargahın istintaq qrupları uçuşun son anına qədər heç bir nasazlıq və ya xüsusi hadisə qeydə almayıblar.
Onun sözlərinə görə, 12 günlük müharibədən sonra Rəisinin ölümünün İsraillə əlaqəli olub-olmaması barədə suallar yenidən gündəmə gəlib:
"Texniki araşdırmalar göstərir ki, Rəisinin ölümünə dair xarici müdaxilə əlamətləri aşkarlanmayıb. Bununla belə, bəzi hadisələr bizim texniki imkanlarımızın xaricində ola bilər".