Bir məsələni dəqiq bilirəm: Ukrayna heç vaxt əvvəlki kimi olmayacaq. Bunu dəqiq bilirəm.
1xeber.media xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.
"Bu, istənilən ukraynalı siyasətçinin üzləşməli olduğu reallıqdır. O zaman niyə dövlət çevrilişi etdiniz? Dövlət çevrilişi olmasaydı, Ukrayna 1991-ci il sərhədləri daxilində qalacaqdı. Amma siz bunu etdiniz, hərbi münaqişə apardınız. Bu o deməkdir ki, biz bugünkü reallıqlarda dayanmalıyıq",- o bildirib.