Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant Arif Heydərov haqqında illərdir dillərdən düşməyən insani bir hadisə yenidən gündəmə gəlib.
1xeber.media xəbər verir ki, məlumata görə, Arif Heydərovun anası avtomobil qəzasında həlak olub. Ekspert rəyi nəticəsində qəzanın taksı sürücüsünün günahı ucbatından baş verdiyi müəyyənləşdirilib. Hadisə barədə nazirə məlumat verilərkən, Heydərov ilk olaraq sürücünün ailə vəziyyəti ilə maraqlanıb.
“Uşaqları varmı?” - deyə soruşan nazirə bildiriblər ki, sürücünün üç övladı var, kiçik qızı isə cəmi bir yaşındadır.
Bir qədər sükutdan sonra Arif Heydərov dərin düşüncəyə dalaraq belə deyib:
“Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?”.
Bu sözlərlə o, anasının həyatına son qoyan şəxsi bağışlayıb.