Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilən 13 girovdan ibarət ikinci qrup Qırmızı Xaç nümayəndələrinə təhvil verilib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 13-də İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Kanalın rəsmi saytında dərc olunan xəbərdə deyilir: “Daha 13 girov Qızıl Xaç Cəmiyyətinə təhvil verilib və onlar İDF qüvvələrinə yollanıblar”.
Girovlar arasında Rom Breslavski, Ariel və Devid Kuneo, Eytan Horn, Segev Kalfon, Bar Kuperşteyn, Matan Zenqauker, Nimrod Koen, Yosef Haim Ohana, Avinan Or, Evyatar David, Elkana Buçbot və Donbaslı Maksim Harkin var.