Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.
1xeber.media xəbər verir ki, onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.
Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib. pizza
Şair Əlisəmid Kür (Cəfərli) bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) vəfat edib.
O, səhhətində yaranan problemlər ucbatından sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.