Вернуться назад Распечатать

Makron istefa verməyəcəyini açıqladı

Fransa Prezidenti Emmanuel Makron müxalifətin istefa çağırışlarına məhəl qoymayaraq ölkədə sabitliyin təmin olunmasına yenə də çalışacağını bildirib.

1xeber.media  xəbər verir ki, o bununla bağlı “Axios”a açıqlama verib.

“Fransa xalqı tərəfindən verilən mandatın xidmət etmək, xidmət etmək və yenə də xidmət etmək, gündəlik olaraq fransızların suallarına cavab vermək və Fransanın müstəqilliyi üçün əlimizdən gələn hər şeyi etmək olduğunu heç vaxt unutmayın. Mən sabitliyi təmin etməyə davam edəcəyəm. Vacib olan tək şey budur. Qalan məsələlər isə hökumətin işidir”, - deyə Makron əlavə edib.