Вернуться назад Распечатать

Kreml Putin və Trampın danışıqları ilə bağlı sualı cavablandırıb

1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı hələlik dəqiq razılıq əldə olunmayıb.

“Telefon danışığı ilə bağlı hələlik dəqiq razılaşma yoxdur.

Lakin Kreml sözçüsünə görə, danışıqlar razılıq əldə olunan kimi baş tutacaq. O, həmçinin qeyd edib ki, telefon danışığının mümkün qədər tez təşkili üçün bütün imkanlar mövcuddur.

Daha əvvəl Peskov bəyan edib ki, Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı müvafiq kanallar vasitəsilə təmaslar davam edir. O, hələlik bu məsələdə irəliləyiş olmadığını vurğulayıb.