Oktyabrın 13-də Xocalı rayonunun Ballıca kəndində növbəti ağacəkmə aksiyası təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunan “Mənəvi dəyərlər həftəsi” çərçivəsində həyata keçirilib.
1xeber.media xəbər verir ki,Ballıca kəndi ərazisində 200- dən çox badam ağacı əkilib. Aksiya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baş tutub.Aksiya iştirakçıları bildiriblər ki, bu cür tədbirlər Qarabağın yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması və bölgənin təbiətinin bərpası istiqamətində mühüm əhəmiyyət daşıyır.