1xeber.media xəbər verir ki, Rumıniyanın Baş Qərargah rəisi Vlad Qeorqenin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Ukraynanın hava hücumundan müdafiə əməliyyatları Rumıniya ərazisində pilotsuz təyyarələrlə bağlı insidentlərə səbəb olub.
"Hadisələr Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində münaqişə zonasının hava məkanını keçən pilotsuz təyyarələrlə bağlı olub. İnsidentlərin əksəriyyəti Ukrayna ordusu tərəfindən vurulan pilotsuz təyyarə qalıqları olub", - hərbi rəsmi bildirib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa Rumıniyadan Rusiya pilotsuz təyyarələrinin vurulmasını istəyib.