Вернуться назад Распечатать

Hacıyev Yaxın Şərq Sülh Sammitindən paylaşım etdi

Prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır.