Вернуться назад Распечатать

Azərbaycan kikboksçularından möhtəşəm nəticə

07–12 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kuboku idmançılarımızın yüksək nəticələri ilə yadda qalıb.

1xeber.media xəbər verir ki, yarışda 41 idmançı, 5 məşqçi, 7 hakim və komanda rəhbəri ilə təmsil olunan kikboksinq üzrə milli yığmamız, 40 ölkədən 2311 idmançının mübarizə apardığı bu nüfuzlu turnirdə 8 qızıl, 9 gümüş və 9 bürünc medal qazanaraq ümumi sıralamada 7-ci yeri tutub.

Xüsusilə Lou-kik versiyasında 81 kq çəki dərəcəsində çıxış edən idmançımız Qəşəm Məmmədov qala gecəsində parlaq qələbə qazanaraq qızıl medalı ölkəmizin aktivinə yazdırıb.