Вернуться назад Распечатать

Tramp Qəzza zolağının bərpasında ABŞ-a yardım təklif edib

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına iqtisadi inkişafda, o cümlədən sabitliyin və təhlükəsizliyin bərpasında kömək etmək niyyətində olduğunu açıqlayıb.

1xeber.media xəbər verir ki, Amerika lideri bu barədə oktyabrın 13-də Knessetdə (İsrail parlamenti) çıxışında bildirib.

"Qəzzə xalqı diqqətini sabitliyin, təhlükəsizliyin, ləyaqətinin və iqtisadi inkişafın əsaslarının bərpasına yönəltməlidir ki, onlar və övladları nəhayət daha yaxşı şəraitdə yaşaya bilsinlər. Onlar onilliklər boyu davam edən dəhşətdən sonra buna layiqdirlər. Mən bu səylərdə onların tərəfdaşı olmaq niyyətindəyəm. Biz onlara kömək edəcəyik", - o deyib.

Tramp həmçinin fələstinliləri bu hadisələrdən sonra İsraili məhv etməyə cəhd etməkdənsə, diqqətlərini özlərinə yönəltməyə çağırıb.