Вернуться назад Распечатать

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşu qəbul edib.

1xeber.media xəbər verir ki, bu barədə N.Qurtulmuş X hesabında yazıb.

"Pakistan Prezidenti Asif Əli Zərdariyə qəbula görə təşəkkür edirəm və ümid edirəm ki, səfərimiz Türkiyə ilə Pakistan arasında dostluğu möhkəmləndirəcək və bütün sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirəcək", - Qurtulmuş bildirib.

Qeyd edək ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin 3-cü üçtərəfli görüşü keçirilib.