Вернуться назад Распечатать

Ordumuzun baş giziri dünyasını dəyişdi

Azərbaycan Ordusunun baş giziri Cəfərov Bəhruz Bəybala oğlu dünyasını dəyişib. 

1xeber.media xəbər verir ki, hərbçi ürəktutmadan vəfat edib.

Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.

O, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli olub, 2 övladı var.