Вернуться назад Распечатать

Şagirdlərin yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

1xeber.media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Qeyd olunub ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.