Вернуться назад Распечатать

Bakı və İrəvan Şarm əl-Şeyxdə nəyi müzakirə edib?

"Şarm əş-Şeyx sammitində Bakıda saxlanılan erməni məhbuslarla bağlı məsələ müzakirə olunub".

1xeber.media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bu mövzunu Azərbaycan nümayəndələri ilə müzakirə etdik. Biz hər gün bunu üzərində işləyirik. Bu fəaliyyətimiz heç də həmişə görünmür, heç də effektiv deyil... Amma biz bunun üzərində işləyirik. Ümid edirik ki, səylərimiz tezliklə uğurlu olacaq", - o qeyd edib.
Mirzoyan onu da qeyd edib ki, üçüncü ölkələrlə müzakirələrdə bu mövzu da qaldırılır, lakin Azərbaycanla birbaşa təmaslar ən vacib məsələdir.