Вернуться назад Распечатать

Bakı önündə bu öhdəliyi götürməmişik

Ermənistan heç vaxt Konstitusiyasına dəyişiklik etmək üçün heç bir üçüncü tərəf qarşısında öhdəlik götürməyib və götürməyəcək.

1xeber.media  xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik etmək Ermənistan vətəndaşlarının müstəsna olaraq qərar verəcəyi məsələdir və daxili siyasi gündəmin bir hissəsidir.

Mirzoyan vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bunu ilkin şərt kimi qoymağa davam etsə də, Ermənistan tərəfi belə bir tələbi qəbul etmir:

“Konstitusiyaya dəyişiklik edilməsi məsələsi bizim daxili işimizdir və dövlətimizin daxilində qəbul edilən qərarları heç bir kənar qüvvə diktə edə bilməz”.