Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4047,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.
Bu barədə 1xeber.media-ya Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 8,5%, qazoylların (dizel yanacağının) istehsalı 6,2%, ağ neft istehsalı 5,3%, avtomobil benzinin isəlı isə 1% artıb.
Qeyd olunur ki, yanvar sentyabr aylarında ölkədə neft bitumu istehsalı 9,9%, sürtkü yağları istehsalı isə 44,7% azalmışdır.
Azərbaycanda istehsal olunan neftməhsulları: