Вернуться назад Распечатать

Azərbaycan elminə ağır itki - Vahid Rzayev vəfat edib

Azərbaycan elmi və təhsil ictimaiyyəti ağır itki ilə üzləşib. 
1xeber.media xəbər verir ki, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Məmməd oğlu Rzayev vəfat edib.
Vahid Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. 2000-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında dosent vəzifəsində çalışıb.
Uzun illər elmi-pedaqoji fəaliyyət göstərən alim 2017-ci ildə Naxçıvan MR-in "Əməkdar müəllim”i fəxri adına layiq görülüb. O, 7 kitab, 3 metodik vəsait və 100-dən artıq elmi məqalənin müəllifidir.
Allah rəhmət eləsin!