Ukrayna prezidenti Vladimir Zelenski Odessa meri Gennadi Truxanovun vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.
1xeber.media xəbər verir ki, O, bu barədə öz Telegram kanalında məlumat verib.
"Bəzi şəxslərin Rusiya vətəndaşlığı təsdiqlənib, onlarla bağlı müvafiq qərarlar hazırlanıb. Mən fərmanı imzalamışam", - Zelenski yazıb.
Strana.ua nəşrinin məlumatına görə, Zelenski Truxanovdan başqa Ali Radanın keçmiş deputatı Oleh Tsarev və balet artisti Sergey Poluninin də vətəndaşlığını ləğv edib.
Truxanov bundan əvvəl Ukrayna vətəndaşlığının ləğvi ilə bağlı apellyasiya şikayəti verəcəyini bildirmişdi. O, naməlum şəxslərin düşmənçilik zəminində onu siyasi səhnədən uzaqlaşdırmaq istəməsi səbəbindən vətəndaşlığından çıxarılması ilə bağlı petisiyanın belə tez imzalanmasını təklif edib.