Вернуться назад Распечатать

Putin Avstriyaya yeni səfir təyin edib (FOTO)

Rusiya prezidenti Vladimir Putin diplomat Andrey Qrozovu Rusiyanın Avstriyadakı yeni səfiri təyin edib.

1xeber.media xəbər verir ki, bu barədə hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilmiş prezidentin sərəncamında bildirilir.

“Andrey Yuryeviç Qrozov Rusiya Federasiyasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - prezidentin sərəncamında deyilir.

Digər sərəncamla Rusiya lideri Qrozovu 2018-ci ildən tutduğu Rusiyanın MDB-dəki daimi nümayəndəsi vəzifəsindən azad edib.

Avqustda Putin diplomat Mixail Petrakovu Rusiyanın Avstraliyadakı yeni səfiri təyin edib.