NATO-nun Kiyev üçün ABŞ silahı almaq təşəbbüsünə baxmayaraq, Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardımı 2025-ci ilin yayında kəskin şəkildə azalıb.
1xeber.media xəbər verir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən Euractiv məlumat yayıb.
Nəşr qeyd edir ki, bu ilin iyul və avqust aylarında Avropa ölkələri Ukraynaya ümumilikdə 3,3 milyard avro və ya ayda 1,65 milyard avro hərbi yardım göndərib. Bu, Avropa ölkələrinin Kiyevə ayda orta hesabla 3,85 milyard avro ayırdığı 2025-ci ilin yanvar-iyun ayları üçün orta aylıq yardımdan 57 faiz azdır.
"Avropa [Ukraynaya] ümumi hərbi dəstəyini azaldır. İndi həlledici amil payızda rəqəmlərin necə dəyişəcəyi olacaq", - Ukraynaya Yardım Monitorinqi Departamentinin rəhbəri və Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş qeyd edir.
Bundan əvvəl Aİ Kiyevə 6,5 milyon avro dəyərində yeni hərbi yardım paketi köçürüb. Buraya əks-dron sistemləri, həmçinin hərbi qulluqçuları ucqar və əlçatmaz ərazilərə daşımaq üçün nəzərdə tutulmuş mikroavtobuslar və yolsuzluq avtomobilləri daxil idi.